Hollivud aktyoru Zak Averi (Zach Avery) dələduzluğa görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Amerikalı aktyor məhkəmədə günahını etiraf edib. O, “Netflix” və “HBO” kimi şəbəkələrdən bəzi filmlərin hüquqlarını satıb, piramida sxemi yaradıb və investorlara 690 milyon dollar zərər vurub.
Zak Averi həbs cəzası ilə yanaşı, 230 milyon dollardan çox təzminat da ödəməlidir.
Zak Averi aşağı büdcəli elmi fantastika və qorxu filmlərində çəkilib. Onun ən böyük uğuru “Qəzəb” filmində Bred Pittin köməkçisi qismində işləmək olub.