M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” adlı konsert təşkil olunub.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə çıxış ediblər.
Proqramda Modest Musorqskinin “Sərgidən şəkillər”, Aleksandr Skryabinin “Sonata № 3”, Sergey Raxmaninovun “Prelüd №7” əsərləri səsləndirilib. İfalar alqışlarla qarşılanıb.
“Gənclərə dəstək” layihəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə həyata keçirilir. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya – akademik üslub, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.