Azərbaycan Turizm İnstitutunun bir qrup tələbəsi Şimali Kipr Türk Cümhuriyyətində və Yunanıstanda yay tanışlıq təcrübəsi keçmək üçün bu ölkələrə yola düşüb.
   ATİ-nin mətbuat xidmətinin rəhbəri Sədaqət Turabovanın sözlərinə görə, əsasən birinci, ikinci kurs tələbələrindən ibarət qruplar hər iki ölkənin nüfuzlu hotellərində təcrübə keçəcəklər. Tələbələr 2 ay müddətində xidmət sahələrində işləyəcək, hotel idarəçiliyinin iş mexanizmini öyrənəcəklər. ATİ-nin tələbələri, eyni zamanda Şimali Kiprin və Yunanıstanın tarixi memarlıq abidələri, kulinariyası, xidmət mədəniyyəti ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, ümumilikdə Azərbaycan Turizm İnstitutunun 39 tələbəsi hazırda xarici ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsini uğurla davam etdirir.
   
   Fəxriyyə Abdullayeva