Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı artıb. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, bu ilin yanvar-iyun aylarında muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xaricdən 153 min turist gəlib. Ötən ilin analoji dövründə bu rəqəm 126 min nəfər olub. Bu il muxtar respublikaya gələn turistlərin sayı 21 % artıb.
   Əcnəbilər Naxçıvanda əsasən müalicə və dini-mədəni turizm obyektlərinə maraq göstərirlər. “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, Ordubad rayonundakı Gəmiqaya abidəsi, Culfa rayonundakı Darıdağ müalicəvi istirahət mərkəzi turistlərin ən çox gəldiyi məkanlardır.
   
   C.Zərbəliyev