“Bakı axşamları” layihəsində ədəbi-musiqili gecə
Bakıdakı Rus evində “Bakı axşamları” müəllif layihəsi çərçivəsində “Bahar, bu səsdə nə çox...” adlı ədəbi-musiqili gecə keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən (RİMM) bildiriblər ki, müəllifləri şair, tərcüməçi, jurnalist Alina Talıbova və musiqiçi, bəstəkar və mahnı ifaçısı Andrey Krupin olan layihənin növbəti tədbiri qonaqlara əsl bahar əhval-ruhiyyəsi bəxş edib.
Qədim dövrlərdən bəri rəssamlar, musiqiçilər və şairlər öz yaradıcılığında ilin bahar fəslini əsərlərində tərənnüm ediblər.
Ədəbi-musiqili gecədə şairlər, “Literaturnıy Azerbaydjan” jurnalının müəllifləri, musiqiçilər, A.Krupinin müəllif qrupunun üzvləri, Xalq artisti, bəstəkar Azər Dadaşov və digər dəvət olunmuş qonaqlar da iştirak ediblər.