Yanvarın 15-də Niderlandın paytaxtı Amsterdam şəhərində Cənubi Qafqaz yazıçılarının toplantısı işə başlayacaq. Avropa İttifaqının “Cənubi Qafqazda dialoq və psixoloji sədlərin keçilməsi” layihəsi çərçivəsində reallaşacaq toplantının təşkilatçısı Böyük Britaniyanın “International Alert“ qeyri-hökumət təşkilatıdır. Yanvarın 17-dək davam edəcək tədbirə layihənin Cənubi Qafqaz üzrə koordinatorları qatılacaqlar. Azərbaycanı bu forumda Qafqaz Yazarları Konfederasiyasının həmsədri, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil edəcək. Qeyd edək ki, E.Hüseynbəyli Güney Qafqaz yazıçılarının müharibə mövzusunda hekayələrindən ibarət “Yaşamaq zamanı” toplusunun tərtibçilərindən biridir.
   Amsterdamdakı forumda yazıçılar ildə iki dəfə nəşr olunacaq ədəbi almanaxın mövzu və formasını, region yazıçılarının internet portalının yaradılmasını da müzakirə edəcəklər. Uzunmüddətli layihə çərçivəsində münaqişə zonasına səfərlər və yazıçıların təəssüratlarından ibarət xüsusi nəşrin hazırlanması da nəzərdə tutulub.
   Almanax rus dilində nəşr olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar