“Qadınlar Sülh və Ekoloji Təmizlik Uğrunda” İctimai Birliyi “Turizm ili” çərçivəsində “İşğal edilmiş ərazilərdə turizm infrastrukturuna dəymiş zərər haqqında məlumatların yerli və beynəlxalq təşkilatlara çatdırılması” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
   Məqsəd ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərinin turizm potensialı, bu rayonların təbiətinə və tarixi abidələrinə qarşı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırmaqdır. Layihə çərçivəsində internet saytın yaradılması, müxtəlif sərgilərin keçirilməsi nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva