Xəzərin Rusiyaya aid sahil zolağının inkişafına dair dövlət proqramı gələn ay Rusiya hökumətinə təqdim ediləcək. İTAR-TASS agentliyinin məlumatına görə, proqram çərçivəsində Xəzər sahili boyunca turizm-istirahət mərkəzləri şəbəkəsi yaradılacaq.
   Turizm-istirahət mərkəzləri şəbəkəsi Dağıstanın paytaxtı Mahaçqaladan başlayaraq Azərbaycanla sərhədə kimi uzanacaq. Layihənin ilkin dəyəri 150 milyard rubl həcmində qiymətləndirilir. Hesab olunur ki, layihə bölgəyə turist axınına təkan verərək bölgədə minlərlə iş yerinin yaradılmasına imkan yaradacaq.

  Fəxriyyə Abdullayeva