Nitqində qüsur əmələ gəlib

 

Amerika aktyoru Brüs Villis (Walter Bruce Willis) sənət karyerasını başa vurub. Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilir ki, 67 yaşlı Hollivud ulduzunun kinodan getməsi səhhətində ortaya çıxan problemlə bağlıdır. Aktyora afaziya (nitq pozğunluğu) diaqnozu qoyulub.

1955-ci il martın 19-da anadan olan Brüs Villis “Kriminal qiraət”, “Beşinci element”, “Altıncı hiss” və s. məşhur filmlərdə çəkilib.

V.Kamal