“Beş-altı şeir, mahnı mətni yazırlar, sonra da qələmi qoyurlar yerə, adları da qalır şair”
   
   Ötən il üzvlüyə qəbulu dayandıran Azərbaycan Yazıçılar Birliyi (AYB) bu il qəbulu bərpa edəcək. Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. O bildirib ki, birliyə axın həddən artıq çox olduğundan qurum ötən il üzvlüyə qəbulu dayandırmaq məcburiyyətində qalıb: “AYB-yə qəbul ekspertlər tərəfindən aparılacaq və kifayət qədər ciddiləşdiriləcək. Yalnız o şəxslər birliyə üzv qəbul olunacaqlar ki, onların yaradıcılıqları uzunmüddətli olsun. Yoxsa beş-altı şeir, mahnı mətni yazırlar, sonra da qələmi qoyurlar yerə, adları da qalır şair. Halbuki yazıcılıq, şairlik bir peşə olmalıdır. Hazırda AYB-də bu vəzifəni yerinə yetirən heç 10 faiz üzv yoxdur”.
   Qeyd edək ki, hazırda AYB-nin 1500-ə qədər üzvü var. Onlardan 250-si fəxri üzvlərdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar