Turizm sektorunda gözlənilən yeniliklərdən biri də mətbəx turizminin inkişafı ilə bağlıdır
Azərbaycanda turizm xidməti əməkdaşlarının da peşə bayramının müəyyən olunması ilə bağlı araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində məlum olub ki, 1929-cu il avqustun 27-də Azərbaycanda ilk dəfə "İnturist" cəmiyyəti yaradılıb.
Bununla əlaqədar biz avqustun 27-ni turizm xidməti əməkdaşlarının peşə bayramı kimi elan edilməsini təklif etməyə hazırlaşırıq. Bu fikri Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev “Trend” agentliyinə müsahibəsində deyib.
Şöbə müdiri Azərbaycanda turizm sektorunda gözlənilən bir sıra yeniliklərdən də danışıb. Bunlardan biri mətbəx turizminin inkişafı ilə bağlıdır: “Biz yeni - mətbəx turizmini də inkişaf etdirməyi planlaşdırırıq. Bu turizm növü Avropada çox yaxşı inkişaf edir. Bizim maraqlı mətbəximiz var, ona görə də ondan istifadə etmək lazımdır”.
A.İsmiyev turistləri daha geniş və rahat şəkildə məlumatlandırmaq üçün Azərbaycanın turizm obyektlərinin, gəzməli-görməli yerlərinin məlumat xidmətinin yaradılacağını da bildirib: “Bu məlumatları turistlərə çatdırmaq üçün telefonlardan, köşklərdən və digər üsullardan istifadə edilə bilər. Müzakirələrdən sonra bunlardan hansı daha yararlı olsa, o, tətbiq ediləcək”.
Turizm sektoruna investisiya yatırılmasından danışan şöbə müdiri hotelçilik sahəsinin inkişaf etdiyini, bu sahədə xüsusilə üçulduzlu mehmanxanaların tikintisinə daha çox ehtiyac olduğunu vurğulayıb: “Hotelçilik biznesi turizmin inkişafının əsas amillərindəndir. Hazırda respublikada 500-ə yaxın mehmanxana və mehmanxana tipli komplekslər fəaliyyət göstərir. Bu il 26 yeni mehmanxana və mehmanxana tipli komplekslər tikilib istifadəyə verilib, 46-sı hazırda tikilir. Bu ilin sonuna qədər 4-5 brend hotel də açılacaq. Azərbaycanda beş, dörd ulduzlu hotellərin sayı kifayət qədərdir. Hazırda üç ulduzlu mehmanxanalara ehtiyac duyulur. Üçulduzlu mehmanxanalar orta səviyyəli turistlərin Azərbaycana cəlbi üçün imkan yaradar”.
Şöbə müdiri Azərbaycanda “Kempinski", “Four seasons", “Hilton", “Fermond" kimi brend hotellərinin açılmasının ölkənin nüfuzu üçün böyük önəm kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu hotellərin inşası Azərbaycanın yüksək səviyyəli inkişafının və etibarlı tərəfdaş olmasının göstəricisidir.