Yerlərdəki mədəniyyət müəssisələrində “Şuşa İli” münasibətilə müxtəlif tədbirlər keçirilir. Ağstafa Regional Mədəniyyət İdarəsi (RMİ) Ağstafa rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Ağstafa şəhər 2 saylı uşaq bağçasında “Əziz Şuşa, sən azadsan!” adlı sərgi təşkil edilib.

Gəncə RMİ-nin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Z.Qayıbov adına Gəncə şəhər 5 nömrəli Uşaq musiqi məktəbində aşıq müsabiqəsi keçirilir. Gəncədə ilk dəfə təşkil edilən müsabiqənin ilk seçim turunda Gəncə və Naftalan şəhərlərindən, Kəlbəcər, Goranboy, Tovuz, Göygöl, Laçın, Şəmkir və Samux rayonlarından 8-30 yaş arası 50 nəfər iştirak edib.

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Mədəniyyət incisi – Şuşa” adlı tədbir təşkil edilib. Tədbirdə mərkəzin əməkdaşı Gülnar İsgəndərova eyniadlı məruzə ilə çıxış edib.

Masallı RMİ Cəlilabad rayon MKS-nin Privolnoye kənd kitabxana filialında “Şuşa - ruhumuzun ünvanı” adlı sərgi təşkil edilib.

Sabirabad RMİ-nin elan etdiyi “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir. Müsabiqədə Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarından musiqi, rəsm və bədii qiraət sənət növləri üzrə uşaq, yeniyetmə və gənclər iştirak edə bilərlər.

Ağcabədi RMİ-nin əhatə etdiyi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Sulduz Nəsibov adına Güllücə kənd Mədəniyyət evində “Mənim Şuşam” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə fərqlənən əl işləri Mədəniyyət evinin təsviri sənət guşəsində “2022-ci il “Şuşa İli”dir” başlığı altında nümayiş etdirilib.

Nurəddin