Musiqili-ədəbi gecə keçirilib

 

Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində “Məhəbbət haqqında” adlı musiqili-ədəbi gecə keçirildi.

Layihənin rəhbəri, “Colibri Arts” şirkətinin direktoru Ülviyyə Axundova bildirdi ki, incəsənət və mədəniyyət insanları bir araya gətirmək üçün gözəl vasitədir: “Biz bu layihə ilə göstərmək istədik ki, insanlar təcrübələrdə, hisslərdə, duyğularda birləşir. Pandemiyadan sonra insanların sevgiyə və həyata uyğunlaşmağa ehtiyacı var. Bu ehtiyacın da əvvəlində musiqi və poeziya dayanır”.

Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər.

Gecədə tanınmış rus şairləri Boris Pasternak, Anna Axmatova, Bella Axmadulina, Robert Rojdestvenskinin poetik nümunələri səsləndirildi. Səmimi sevgidən yoğurulan misralar S.Raxmaninov, A.Piazolla, L.Eynaudi və digər bəstəkarların musiqiləri ilə müşayiət olunurdu. Sözlə melodiyanın harmoniyası qonaqlarda xoş təəssürat yaratdı.

Lalə