Aprelin 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunacaq.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Əməkdar artist Fuad İbrahimov) və solist, Xalq artisti Yeganə Axundova (fortepiano) çıxış edəcək.
Konsertdə Fikrət Əmirovun əsərləri səslənəcək, həmçinin Yeganə Axundovanın ifasında tərtib olunmuş audiodiskin təqdimatı olacaq. Eyni zamanda Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Fikrət Əmirova həsr olunmuş fotosərgi nümayiş etdiriləcək.