Rusiyanın kosmik araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri açıq kosmosda, yerdən 217 mil hündürlükdə hotel yaratmaq niyyətini bəyan edib. “Orbital texnologiyalar” şirkəti iddia edir ki, kosmik hotel 2016-cı ildə açıla bilər. Kommersiya Kosmik Stansiyasında (hotel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub, onların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək.
   Hoteldə istirahət ucuz başa gəlməyəcək. Böyük ehtimalla, uçuşun qiyməti 410 min dollar, hoteldə 2 günlük istirahət haqqı isə 165 min dollar olacaq. “Orbital texnologiyalar” şirkətinin qonaqları dadlı təamlardan dadacaqlar, amma alkoqollu içkilərdən istifadə onlar üçün qadağandır.
   “Proqress” və “Soyuz” gəmilərinin xidmət göstərəcəyi hotel təkcə istirahət üçün nəzərdə tutulmayıb, burada elmi araşdırmalar da aparılacaqdır.
   
   Fəxriyyə Abdullayeva