Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Xızı rayonunda tədbirlər keçirilib.
   Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Altıağac qəsəbəsində yerləşən Bakı Dövlət Universitetinin tədris-təcrübə bazasında “Bu Vətən bizimdir!” adlı turist düşərgəsi təşkil edilib. Burada kitab sərgisi, əl işlərinin, təsviri sənət nümunələrinin sərgisi və satışı təşkil edilib, “Xızı dağları” ansamblının müşayiəti ilə konsert proqramı təqdim olunub. Tədbir çərçivəsində həmçinin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş əl işləri nümayiş etdirilib.