Aprelin 18-də birinci Daşkənd Beynəlxalq Animasiya Forumu işə başlayıb. Foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıb.

Ölkəmizi festivalda “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev və tanınmış animasiya filmləri müəllifi Elçin Hami Axundov təmsil edir. Forumda “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqram çərçivəsində “Cırtdan”, “Tıq-tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər təqdim olunub.

R.Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarına qatılıb.

Aprelin 22-dək davam edəcək forumda mühazirələr, yaradıcılıq görüşləri keçirilir.