Sentyabrın 6-da “Baku Expo Center” Beynəlxalq Sərgi Mərkəzində dünyada tanınan “Meridian” şirkətinin təşkilatçılığı ilə “Türk ixracat məhsulları” sərgisi işə başlayıb. Sentyabrın 8-dək davam edəcək sərgiyə Türkiyənin 50-dən çox şirkəti qatılıb.
“Meridian”ın Azərbaycan üzrə əlaqələndiricisi Alper Çekicin bildirdiyinə görə, belə sərgiləri keçirməkdə məqsəd ölkələrimiz arasında olan ticarət əlaqələrini daha da artırmaq, inkişaf etdirməkdir. Onun dediyinə görə, inşaat, mebel, emal sənayesi, qida, tekstil, kimya, kosmetika, hazır geyim kimi müxtəlif sahələri əhatə edən sərgi ölkələrimiz arasında yeni iş birliklərinin yaranmasına töhfə verəcək.
İradə