Yokohama şəhərində Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş qala-konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, komitənin dəstəyi və bu ölkədə yaşayan azərbaycanlı musiqiçi Gülnarə Azuma-Səfərovanın təşkilatçılığı ilə baş tutan konsertdə yapon musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun əsərlərini ifa ediblər.
Tədbir çərçivəsində bəstəkar Qara Qarayevin not kitablarının təqdimat mərasimi də təşkil edilib. Yaponiyanın “ZEN-ON” musiqi nəşriyyatı ilə bəstəkarın oğlu Fərəc Qarayev arasında bağlanmış müqaviləyə əsasən, 2022-ci ilin aprelində Qara Qarayevin əsərlərinin çapına başlanılıb.