Layihə iştirakçıları turizmə aid biznes-planlar hazırlayacaqlar
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Azad gənclər» ictimai birliyi tərəfindən «Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması» layihəsi icra olunur. Təlimçi tərəfdaşı «IB Training Alliance» təlim-məşq mərkəzi olan layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Layihədə iştirak edən gənclər turizm sahəsində biznes-plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarını öyrənəcəklər.
Təlim-məşqlər interaktiv üsulla keçiriləcək və nəzəri biliklərlə bərabər praktik məlumatlarla da təmin ediləcək. Layihə çərçivəsində iki təlim kursunun keçirilməsi planlaşdırılır və hər təlimdə 25 gəncin iştirakı nəzərdə tutulub. İştirakçılar «Turizm nədir?», «Turizm biznesinin dövlət iqtisadiyyatında rolu?», «Biznes-plan nədir və nə üçün lazımdır?» kimi suallara cavab tapacaqlar.
Layihənin yekununda təlim iştirakçıları turizm sektoruna aid müxtəlif biznes-planlar hazırlayacaqlar. «Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması» layihəsinin birinci təlim kursu sentyabrın 9-dan 19-dək davam edəcək.
Gülər