Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və H.Abbasov adına Mədəniyyət Mərkəzi gənc muğam ifaçılarının iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirib.
İdarədən bildirilib ki, konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirov, IV Muğam Televiziya Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, həmin müsabiqənin laureatı Nüşabə Kərimli, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri Gəray Qarayev, Daşqın Kürçaylı, Milli Konservatoriyanın müəllimi Nurlan Cəbizadə, Milli Konservatoriyanın tələbəsi Səyyar Teymurov, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzin əməkdaşı Fərid Babayev çıxış ediblər.