Azərbaycan

 

4 may 1920 – Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Xalq Cümhuriyyətinin tərəfdarı olduğu üçün öldürülüb.

4 may 1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində anadan olub. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan Müsəlman qızlar məktəbinin direktoru olub.

5 may 1866 – Yazıçı-dramaturq Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda doğulub. Naxçıvanda  “Müsəlman incəsənəti və dram cəmiyyəti” yaradıcılarından olub. 1883-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını (“Müsyö Jordan və dərviş Məstəli şah”) səhnəyə qoyub.

5 may 1892 – İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892 – 13.10.1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. V.Şekspirin “Otello”, “Romeo və Cülyetta” pyeslərini dilimizə çevirib. Repressiya qurbanıdır.

5 may 1894 – Əməkdar artist Əhməd Anatollu (Əhməd Muxtar oğlu Səfərov; 1894 – 7.4.1973) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarının aktyoru olub.

5 may 1899 – Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899-1972) Şuşada anadan olub. Azərbaycan  yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.

5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 – 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

5 may 1908 – İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistenti olub.

5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor Ədil Rza oğlu İsgəndərov (1910 – 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

5 may 1912 – Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912 - 17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub.

5 may 1918 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. kitabların müəllifidir.

5 may 1920 – Rəssam, Əməkdar incəsənət xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdüəli oğlu Rzaquliyev; 1920 – 30.9.1988) Bakıda anadan olub.

5 may 1920 – Şərqşünas, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Şamil Allahverdi oğlu Cəmşidov (1920 – 8.12.2008) Ağcabədi rayonunda anadan olub.

5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.

5 may 1927 – Əməkdar incəsənət xadimi, qrafik-rəssam Bəyim Əzizbala qızı Hacızadə (1927-2017) Bakıda doğulub. Müxtəlif mövzularda linoqravüralar, “Xocalı” və s. əsərlərin müəllifidir. 

5 may 1930 – Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 – 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

5 may 1930 – Tanınmış xanəndə Nəriman Mövsüm oğlu Əliyev (1930 – 28.4.1998) Bakıda doğulub. Bir çox məşhur muğam ifaçılarının ustad-müəllimi olub.

5 may 2021 – Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qoca (25.8.1935 – 2021) vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub.

 

6 may 1900 – Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900-1962) Moskvada doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1927-1959) olub.

6 may 1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942-2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.

 

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib.

7 may 2021 – Xalq şairi Musa Səfiməmməd oğlu Yaqub (10.5.1937 – 2021) vəfat edib. “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir.

7 may 2021 – Xalq artisti, aktyor Arif Əli oğlu Quliyev (16.5.1950 – 2021) vəfat edib.

 

8 may 1910 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.

8 may 1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

 

Dünya

 

4 may 1929 – İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston; 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), “Hərb və sülh” (Nataşa Rostova) və s.

 

5 may 1846 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: “Quo vadis” (“Hara gedirsən?”), “Girdab”, “Polonetskilər ailəsi” və s.

 

6 may 1856 – Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub.

6 may 1867 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1924) laureatı Vladislav Reymont (1867-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.

6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub.

 

7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

7 may 1840 – Rus bəstəkarı Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Orleanlı qız”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), simfoniyaların müəllifidir.

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) Kəlküttədə doğulub.

7 may 1953 – Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.

 

8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

Hazırladı: Vüqar Orxan