Berlində Leyla Əzimbəyovanın sərgisi

 

Berlindəki “QGallery” incəsənət salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və “QGallery Baku”nun dəstəyi ilə təşkil olunub.

Sərgidə çıxış edənlər Leyla Əzimbəyovanın yaradıcılığından söz açıb, rəssamı əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Sərgidə rəssamın portret, peyzaj, natürmort janrlarında çəkdiyi 36 əsəri nümayiş etdirilir. Əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir.

Leyla Əzimbəyovanın sərgisi ilə paralel olaraq qalereyada Berlində yaşayan rəssam Nizakət Sinanovskayanın da əsərləri təqdim olunur.

Sərgi mayın 12-dək davam edəcək.