Cənubi Koreyada səfərdə olan Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Kimçonq və Kyumqsunq universitetlərində görüşlər keçirib. NDU-nun mətbuat xidmətindən verilən məlumata görə, qarşılıqlı razılaşmaya əsasən ali təhsil ocağı Kimçonq Universiteti ilə hotelçilik və turizm ixtisasının tədrisi üzrə əməkdaşlıq edəcək. Bundan əlavə, universitet əməkdaşlarının elmi əsərlərinin qarşılıqlı nəşr edilməsi qərara alınıb. Kyumqsunq Universiteti rəhbərliyi ilə görüşlər zamanı isə tarix və qayaüstü rəsmlərin birgə tədqiqi, habelə incəsənət sahələrində birgə əməkdaşlığa dair razılıq əldə olunub.
  
   Ceyhun