Klip və sayt təqdim olundu
«Turizmə dəstək» Gənclər Koalisiyası 2011-ci ilin «Turizm ili» elan olunmasını, Azərbaycanın yüksək iqtisadi inkişafını, turizm sahəsində olan uğurlarını təbliğ etmək məqsədilə «Ölkəm mənim» adlı klip çəkib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşən layihə sentyabrın 19-da «Avropa Hoteli»ndə təqdim olundu. Rejissor Nail Naiboğlunun ekranlaşdırdığı klipdə Bahar Lətifqızı, Rəşad İlyasov, Sevda Yəhyayeva, Babək Niftəliyev və başqa sənətçilər iştirak edirlər.
Tədbirdə koalisiyanın baş koordinatoru Ramiz Alıyev çıxış edərək, layihəni həyata keçirməklə «Turizm ili»nə töhfə verməyə çalışdıqlarını bildirdi. Tədbirdə həmçinin koalisiyanın yeni istifadəyə verilmiş saytı da təqdim edildi.
Gülər