40 ölkə iştirak edir

 

Mayın 10-da İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsi başlayıb.  Azərbaycanda İctimai Televiziyanın efirində canlı yayımlanan 66-cı Avroviziya Mahnı Müsabiqəsi “The Sound of Beauty” (Gözəlliyin sədası) devizi altında keçirilir.

40 ölkənin iştirak etdiyi “Avroviziya-2022”nin yarımfinal tarixləri 10 və 12 may, final tarixi isə 14 maydır.

İki yarımfinalda ümumilikdə 35 ölkə təmsilçisindən 20-si finala vəsiqə qazanacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq.

Azərbaycan təmsilc­̧isi Nadir Rüstəmli “Fade to black” (Qaraya dön) adlı mahnı ilə ikinci yarımfinalda çıxış edəcək. Həmin gün Azərbaycanla yanaşı, Rumıniya, Şimali Makedoniya, Belçika, Kipr, İrlandiya, Estoniya, Avstraliya, San-Marino, Monteneqro, Polşa, Finlandiya, İsveç, Malta, İsrail, Gürcüstan, Serbiya, Çexiya təmsilçiləri də səhnəyə çıxacaqlar.