Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdindəki Humanitar Kollecdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konsert keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Xalq artistləri – tarzən Zamiq Əliyev, xanəndə Simarə İmanova, Əməkdar artist, bədii qiraətçi Azad Şükürov iştirak ediblər.

İncəsənət ustaları ümummilli liderlə bağlı xatirələrini bölüşüb, dahi siyasətçinin mədəniyyət xadimlərinə, musiqi təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. 

Konsert proqramında ulu öndərin vaxtilə sevdiyi musiqi nümunələri  səsləndirilib. Kollecin orkestri, xoru, müəllim və tələbə heyəti xalq musiqilərimizi də ifa edib.

Sonda qonaqlar kollec tələbələrinin Azərbaycana və Heydər Əliyevə həsr olunmuş rəsm əsərlərinin sərgisi ilə də tanış olublar.