Mayın 20-dən 27-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə I Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.
Festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur. Festivalın təsisçisi və direktoru Əməkdar artist Şahin Növrəslidir.
Qeyd edək ki, festivalda caz, flamenko, tanqo, klassik və müasir musiqilər daxil olmaqla, milli və dünya musiqisi inciləri səslənəcək.
Festivalın konsertləri paytaxtın müxtəlif sənət məkanlarında təşkil olunacaq və seyrçilərə canlı musiqi sədaları altında ecazkar atmosfer bəxş edəcək. Festival üçün biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.