Sentyabrın 27-də “Gənc turist” klublarının əlaqələndiricilərinin iştirakı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu - Muzey Mərkəzi - ”İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu marşrutu üzrə infotur təşkil olunacaq.
   İnfotur 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsi və 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar gerçəkləşəcək. İnfoturun keçirilməsinin başlıca məqsədi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Gənc turist” klublarının əlaqələndiricilərinin turizm sahəsində maariflənmələrini, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etməkdir.