Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə L. və M.Rostropoviçlərin Ev-Muzeyində “açıq qapı” günü elan edilib.

Gün ərzində muzeyə gələn qonaqlar üçün Azərbaycan, rus və ingilis dillərində “Heydər Əliyev və Mstislav Rostropoviçin dostluq əlaqələri” mövzusunda tematik ekskursiyalar  keçirilib. İki dahi şəxsiyyətin görüşlərindən bəhs edən sənədli film nümayiş olunub. Muzeyin zəngin fondunda saxlanılan Heydər Əliyev  və Mstislav Rostropoviçin əlyazma məktublarından, fotoşəkillərdən və sənədlərdən ibarət sərgi də maraqla qarşılanıb.

“Açıq qapı” günündə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, T.Quliyev adına 12 saylı onbirillik Musiqi məktəbi, 150 saylı tam orta məktəbin müəllim və şagird kollektivləri, musiqisevərlər, şəhərimizin qonaqları muzeyi ziyarət ediblər. 150 saylı məktəbin şagirdləri Kifayət Səlimova, Elmira Cəbrayılova, Nura Qədimova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini söyləyiblər.

Qonaqlar muzeyin rəy kitabına öz təəssüratlarını qeyd ediblər.