Mayın 14-dən 15-nə keçən gecə İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya 2022” mahnı müsabiqəsinin finalı keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər.
Mayın 13-nə keçən gecə müsabiqənin ikinci yarımfinalında Azərbaycan təmsilçisi Nadir Rüstəmli də çıxış edib. “Fade To Black” (“Qaraya dön”) adlı mahnını ifa edən təmsilçimiz final mərhələsinə adlaya bilib. İkinci yarımfinalında iştirak edən 18 ölkədən 10-u – Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya finala vəsiqə qazanıb.
Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə – Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.
Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq.