Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində 37 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Ayşən Uğurluyevanın "Şuşa İli"nə həsr olunmuş solo konserti təqdim olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə Ayşən Uğurluyevanın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib.

Tədbirin sonunda çıxış edənlər uğurlu ifasına görə A.Uğurluyevanı və müəllimi Mətanət Səfərovanı təbrik edərək yeni nailiyyətlər arzulayıblar.