Koronavirus pandemiyası ilə bağlı ikiilik  fasilədən sonra bu il Macarıstanda yenidən “VOLT” festivalı keçiriləcək.

Mərkəzi Avropada ən populyar musiqi festivallarından biri olan “VOLT” iyulun 5-dən 9-dək davam edəcək. Festivalın məkanı kimi yenə Şopron şəhəri seçilib.

Avstriya-Macarıstan sərhədindəki bu şəhər ona görə münasib sayılır ki, Vyanadan 60 kilometr, Budapeştdən 200 kilometr və Bratislavadan 90 kilometr məsafədə yerləşir.

Dörd gün ərzində 12 musiqi məkanında təqribən 190 proqram təqdim ediləcək. Festivala musiqinin müxtəlif janrlarını təmsil edən sənətkarlar toplaşacaqlar. Burada rok, pop, caz, hip-hop, həmçinin texnomusiqi və dünya xalqlarının musiqisi səslənəcək.

V.Kamal