Sentyabrın 27-də «Kempinskiy Badamdar» hotelində keçirilən Ümumrespublika turizm konfransında «Turizm ili» gedişində fərqlənən turizm qurumları və şirkətləri Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olundular. Laureatları təqdim edirik:
   Azərbaycan turizmində kadr hazırlığının səviyyəsinin artırılması üçün xüsusi proqramların işlənib həyata keçirilməsində göstərdiyi xidmətlərə görə - Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA);
   Ən yaxşı turizm şirkətləri nominasiyası üzrə «Qlobal travel», «Azər Co» LTD, «Geo travel», «İntour travel», «Gilan turizm»;
   Ən fəal muzey - Milli Azərbaycan Tarixi Muzeyi, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Muzey Mərkəzi;
   Ən yaxşı bələdçi - Asya Şirəliyeva, Şükufə Qafarova, Balaş Maqsudov;
   Ən yaxşı mehmanxana və mehmanxana tipli obyekt - «Hyatt park», «Unet Pandor», «Park İnn», «Af Hotel Novxanı», «Qafqaz Resort», «Qaya», «My way», «Teras Quba», «Cənnət bağı Şəki», «Uludağ», «Eldorado».
   Tədbirdə Bakı Turizm İnformasiya Mərkəzinin təsis etdiyi 2-ci Milli Turizm Mükafatının qalibləri də elan edildi:
   Turizm sahəsində tədrisin inkişafına edilən töhfə - “SKAL İnternational Baku”;
   Ən yaxşı ixtisaslaşdırılmış KİV nəşriyyat evi - “Yol” elmi-populyar jurnalı;
   Ən yaxşı ixtisaslaşdırılmış KİV nəşriyyat evi - “Discovery” jurnalı;
   Ən yaxşı 5 ulduzlu hotel - “Qafqaz Point”;
   Ən yaxşı 5 ulduzlu hotel - “The Crown Hotel”;
   Ən yaxşı 4 ulduzlu hotel - “RİVİERA”;
   Ən yaxşı kiçik hotel - “Şəki-Saray”;
   İlin ən yaxşı hotel meneceri - Bəşir Hacıyev;
   Xarici turizm sahəsində ən yaxşı operator - “Victory Tour”;
   Ən yaxşı internet portal - www.infotour.az
   Gəlmə turizm sahəsində ən yaxşı operator - “İmprotex Travel”.

   Fəxriyyə