“Baku Mini Visitors’ Guide” bələdçi kitabının nəşri ilə bağlı müqavilə imzalanıb
   
   Sentyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi ilə görüşdü.
   
   Görüşdə Azərbaycan paytaxtının turizm imkanlarını təbliğ edən “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabının ərəb dilində də hazırlanması məsələsi müzakirə olunub və “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabının ərəb dilində də hazırlanması və nəşr olunması ilə bağlı müqavilə imzalanıb.
   Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı tərəfindən “Azerbaijan-Live Work Explore” və “Baku Mini Visitors’ Guide” bələdçi-kitabları ingilis dilində nəşr olunub. Bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir.   

   Reyhan