Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Arif Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbinin yaranmasının 65 illiyinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.

Konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.

İdarədən bildirilib ki, məktəbin xalq çalğı alətləri orkestrinin rəhbəri və dirijoru Samir Şahbəddinovun müşayiəti ilə şagirdlərin ifasında F.Əmirov, T.Quliyev, Q.Qarayev, F.List, F.Şopen, V.Monti kimi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib. Sonda sözləri və musiqisi Rövşən Məmmədova aid olan “Heydər dühalı” əsəri təqdim olunub.