Şəki Regioal Mədəniyyət İdarəsi Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanovun (1915-1971) xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova Fuad Əbdürrəhmanovun milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlərindən danışıb.

Azərbaycan Rəssamlar İttifaqı Şəki şöbəsinin sədri Tahir Həmidli sənətkarın milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraş olduğunu bildirib.

Tişə ustasının ailə üzvləri çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sonra heykəltəraşa həsr olunmuş “Monumental həyat” sənədli filmi nümayiş etdirilib.

Şəki Dövlət Regional Kolleci kollektivinin təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.