Beynəlxalq Muğam Mərkəzində (BMM) VI Muğam Televiziya Müsabiqəsinin Qran-pri mükafatçısı, mərkəzin solisti Almaxanım Əhmədlinin solo konserti keçirilib.

28-29 may tarixlərində gerçəkləşən konsert 28 May – Müstəqillik Gününə həsr olunub.

Anşlaqla keçən konsert proqramında rəngarəng repertuar təqdim edən gənc ifaçı muğamlar, xalq və bəstəkar mahnıları, türk musiqisindən nümunələr səsləndirib.

Almaxanım Əhmədli peşəkarlıqla, yüksək duyum və həssaslıqla ifa etdiyi musiqi nömrələri ilə tamaşaçıların könlünü oxşayıb. Xanəndənin qəlblərə xitab edən ifası tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Musiqidə istedadın ən mühüm göstəricilərindən biri də, sözsüz ki, ifaçının oxuduğu əsəri duymasıdır. Gənc solistin muğam musiqisini və xalq mahnılarımızı dərindən, bütün ruhu ilə duyaraq təqdim etməsi onun ilk solo konsertinin uğurlu alınmasında əsas rol oynayıb.

Lalə