Elmi Bərpa Mərkəzində uşaqlar üçün ustad dərsi
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində də qeyd edilib.
Mərkəzdə “Gələcəyin bərpaçıları” adı ilə təşkil olunan ustad dərsində müxtəlif yaş qruplarından olan uşaqlara gil, plastilin və başqa materiallardan müxtəlif fiqurlar düzəltmək və sulu, akril boyalarla və rəngli karandaşlarla rəsmlər çəkmək öyrədilib. Tədbir zamanı əyləncəli proqram (uşaqlar üçün cizgi filmlərinin nümayişi, uşaq mahnılarından ibarət karaoke) da təqdim olunub.
Sonda uşaqların əl işləri sərgilənib və iştirakçılar sertifikatlarla təltif ediliblər.