Məşhur filmlərin musiqiləri kamera orkestrinin ifasında

 

İyunun 25-də Nizami Kino Mərkəzində “Art-East Media Group” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” multimedia şousu keçiriləcək. Layihə “Azərbaycanfilm” Kinostudiyasının dəstəyi ilə reallaşacaq.

“Musiqili proyektor” multimedia şousunda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən bədii və cizgi filmlərinin saundtrekləri yeni aranjimanda tamaşaçılara təqdim ediləcək. Proqramda böyük rəğbət qazanmış ekran əsərlərindən musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar və filmlərdən fraqmentlərlə müşayiət olunacaq. Multimedia şousu tamaşaçılarda bədii zövq və xoş təəssürat bəxş edəcək.