Belarusun Qrodno şəhərində keçirilən XIII Respublika Milli Mədəniyyətlər Festivalında Azərbaycanın mədəniyyəti təbliğ olunub.

Azərbaycanın Belarusdakı Səfirliyi və “Azərbaycan İcmaları Konqresi”nin dəstəyi ilə keçirilən festival çərçivəsində mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş stend də nümayiş etdirilib.

Festivalda Azərbaycan diasporunun nümayəndələri mədəniyyətimizi, milli geyimlərimizi, mətbəximizi yerli sakinlərə təqdim ediblər. Qonaqlar Azərbaycan sərgisini izləyib, milli mətbəximizin təamlarından dadıblar.

Azərbaycan diasporunun Belarusda fəaliyyət göstərən “Sarı gəlin” və “Odlar yurdu” ansambllarının çıxışı da maraqla qarşılanıb.

Festivalda 30-a yaxın millətin nümayəndələri öz mədəniyyətlərini və mətbəxlərini təqdim ediblər.