Azərbaycanda ilk dəfə keçirilən irimiqyaslı Rok festivalının qala-gecəsi iyun ayının 11-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.

Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, festival çərçivəsində Azərbaycan rok musiqiçilərinin bəstələrindən ibarət əsərlər səslənəcək. Musiqi axşamında Passion, Free From Four, Dədə Baba, Orxan Efendi, Qara Dərviş, Groove IN spires, Sadnos, CODA və Evil Decay kimi qruplar çıxış edəcək. Qala-gecənin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Festivalın əsas məqsədi Azərbaycanda rok janrının tanıdılması, təbliği və inkişafıdır.