Oktyabrın 29-30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Quba rayonuna infotur təşkil olunacaq. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, infotur Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı ölkə başçısının təsdiq etdiyi Tədbirlər Planının 29-cu bəndinə (Ölkəmizin milli parklarında, ona yaxın ərazilərdə ekoturizm, xüsusən də «Bird Watching» turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatların keçirilməsi) uyğun olaraq keçiriləcək. İnfoturda Azərbaycan Turizm İnstitutunun tələbələri, «Ekstil-Azərbaycan» Təbiəti Mühafizə İctimai Birliyinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Səfər çərçivəsində «Şahdağ Milli Parkı»nın Quba rayonu ərazisi üzrə Əskiiqrik-II-Nügədi-Amsar-Təngaltı-Afurca-Kunxir istiqamətində yaradılmış ekoturizm marşrutunun təqdimatının keçirilməsi də nəzərdə tutulur.   

 Fəxriyyə