İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.
Tədbirin aparıcıları Ayaz Məmmədov və Günay Firudinqızı hərbçiləri salamlayaraq Milli Qurtuluş Gününün Azərbaycan tarixində yerindən söhbət açıblar. Müğənnilər Elnur Məmmədov və Xatunun ifa etdiyi mahnılar, “Aysel” rəqs qrupunun çıxışı hərbçilər tərəfindən rəğbətlə qarşılanıb.