Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində “Şuşa İli”nə həsr olunmuş yekun konsert təşkil edilib.
İdarədən bildirilib ki, konsertdə şagird və müəllimlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Nağaraçalanlar, violonçelçilər və “Ad libitum” ansambllarının, “Renessans”, “Cırtdan” və “Çinar” xorlarının çıxışları alqışlarla qarşılanıb.
Tədbir zamanı məktəb vokalçılarının və xor kollektivlərinin Şuşa şəhərində keçirilən “Könlüm keçir Qarabağdan” respublika incəsənət festival-müsabiqəsindəki çıxışlarını əks etdirən videoçarxlar da nümayiş etdirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail və Suraxanı rayon təşkilatlarının sədrləri Muxtar Nağıyev, Vüqar Seyidov, digər qonaqlar tədbirdə iştirak ediblər.