Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində fəaliyyət göstərən “Sahil” istirahət mərkəzi və Lənkəran şəhəri, Qala Xiyabanı, ev 11 ünvanında fəaliyyət göstərən “Xəzər” mehmanxanasına verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib. Qeyd olunan obyektlərin lisenziyaları Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının 7/1 nömrəli, 27.09.2011-ci il tarixli qərarının 3-cü bəndinə, həmçinin nazirliyin 494 nömrəli 18.10.2011-ci il tarixli əmrinə əsasən alınıb. Bununla əlaqədar yuxarıda qeyd olunan yerləşdirmə obyektlərinin fəaliyyəti 18.10.2011 tarixindən qeyri-qanuni hesab olunur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi ölkə prezidentinin 02.09.2002 tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.4.5. bəndini rəhbər tutaraq bu qərarı verib.
Fəxriyyə