Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 150 cildlik "Dünya ədəbiyyatı inciləri" seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin "Seçilmiş əsərləri" işıq üzü görüb.

"Ernest Heminquey – həyat və yaradıcılığından strixlər" adlı ön sözlə açılan kitaba yazıçının "Qoca və dəniz", "Ya var, ya yox" romanları, "Qadınsız kişilər", silsiləsindən "Məğlubedilməz", "Yad ölkədə", "Ağ fillər", "Qatillər", "On hindu", "Təqib yürüşü" kimi hekayələri və "Həmişə səninlə olan bayram" avtobioqrafik memuarı daxil edilib.

Əsərlərin tərcümə müəllifləri Manaf Süleymanov, Mahir N. Qarayev və Təvəkkül Zeynallıdır.