AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Mirzə Ələkbər Sabirin sənəti və müasir dövr” mövzusunda elmi sessiya keçirilib.
Görkəmli şairin 160 illik yubileyinə həsr olunmuş sessiyada çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli şairin zəngin irsindən söz açıb.
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” jurnalı və Mirzə Ələkbər Sabir”, Özbəkistan Milli Universitetinin professoru filologiya elmləri doktoru Bahadır Kərimov “Mirzə Ələkbər Sabir və özbək ədəbiyyatı”, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva “Mirzə Ələkbər Sabir təsviri sənətdə” mövzularında məruzə ilə çıxış ediblər.
İnstitutun baş elmi işçisi, filologiya elmləri doktoru Abid Tahirlinin “Mirzə Ələkbər Sabir Azərbaycan mühacirət mətbuatında”, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zamiq Təhməzovun “Mirzə Ələkbər Sabirin dili” və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Yaşar Qasımbəylinin “Mirzə Ələkbər Sabir yaradıcılığı və türk xalqları poeziyasında yenilənmə mərhələsi” mövzularında məruzələri dinlənilib.