Noyabrın 7-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londonda «World Travel Market 2011» beynəlxalq turizm sərgisi keçiriləcək. 
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, Azərbaycan sərgidə nazirliyin əməkdaşlarından və ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrindən ibarət heyətlə təmsil olunacaq. Sərgidə ölkəmizin təbliğatının lazımi səviyyədə qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 60 kvadratmetrlik lövhə icarəyə götürülüb. Ziyarətçilərə paylamaq üçün ingilis və rus dillərində reklam-çap məhsulları hazırlanıb.
   Qeyd edək ki, Azərbaycan bu sərgidə 2001-ci ildən etibarən mütəmadi olaraq təmsil olunur. 

  Fəxriyyə Abdullayeva