Noyabrın 20-dən dekabrın 1-dək Yunanıstanın Afina şəhərində “Mehmanxana-restoran biznesi üzrə İsveçrə məktəbi”ndə təlim kursları keçiriləcək. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasından (DAİR) qəzetimizə daxil olan məlumata görə, ölkəmizin bir qrup mehmanxana və restoranlarında çalışan əməkdaşların da həmin kurslarda iştirakı nəzərdə tutulur. Təlim kursları mehmanxana biznesi üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən həyata keçiriləcək. Kursların sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

   Fəxriyyə